Qubadlıda insan sümüklərinə bənzər skelet aşkarlandı

Qubadlı rayonunda insan sümüklərinə oxşar skelet qalıqları aşkarlanıb.

Oxu.az-ın məlumatına görə, qalıqlar rayonun Qundanlı kəndində aşkarlanıb.

Ərazidə təmir-tikinti işləri zamanı aparılan qazıntı vaxtı sümük qalıqları üzə çıxıb.

Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.