Roşka ləqəbli Tiktoker Rövşən Süleymanovun məhkəməsi keçirilib.
Median.Az– ın əldə etdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması təqdimatına baxılıb.
Məhkəmənin yekun qərarına əsasən, Rövşən Süleymanov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvarın sonunda həbs edilib və məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülmüşdü daha sonra istintaqın gedişatında 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsinə tövsiyə edilib.
Orxan Rasifoğlu
