Füzulidə 16 yaşlı yeniyetmə kanalda batıb

Füzuli rayonunda bir nəfər kanalda batıb.

Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadə kənd ərazisindən keçən kanalda batıb.

Hazırda faktla bağlı araşdırmalar aparılır.