Bərdədə iki qadın qidadan zəhərlənib

Bərdədə iki qadın qidadan zəhərlənib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dünən saat 21:50 radələrində iki qadın hospitalizasiya olunub.

Qeyd olunub ki, pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.