Zabux kəndində bir ton narkotik bitki məhv edilib

Laçında 7 046 ədəd çətənə kolu məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zabux kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi bir tondan artıq olan 7 046 ədəd çətənə kolu yandırılaraq məhv edilib.