Su davası qanla nəticələndi – 9 yaşlı uşaq əmisinə xəsarət yetirdi

Saatlı sakini əmisinə xəsarət yetirib.

Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə Saatlı rayonunun Mustafabəyli kəndində qeydə alınıb.

Kənd sakini, 2016-cı il təvəllüdlü A.S. əmisinə – 1963-cü il təvəllüdlü Səttar Ağayevə şüşə ilə xəsarət yetirib. Səttar Ağayev Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin su üstündə yaranan mübahisə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.