“LUKOIL”dan Yekaterinburqda əməkdaşının saxlanılması barədə xəbərlərə ŞƏRH

“Yekaterinburqda (Rusiya) “LUKOIL” şirkətinin əməkdaşının saxlanılması ilə bağlı yayılan məlumatlar yalandır”.

Bu barədə şirkətdən RBK-ya açıqlama verilib.

“Bu, tamamilə feyk məlumatdır – “LUKOIL”da nə belə bir qurum var, nə də belə bir əməkdaş. Şirkət əməkdaşlarının heç biri saxlanılmayıb”, – deyə açıqlamada bildirilib.

Xatırladaq ki, dünən mediada “LUKOIL” şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyevin Rusiyada saxlanıldığı barədə məlumat yayılıb. Bildirilib ki, top-menecer məhkəməyə aparılıb.