Beyləqanda 16 yaşlı oğlan kanalda batıb

Beyləqan rayonunda 16 yaşlı oğlan kanalda batıb.

Hadisə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində baş verib.

Eyvazalılar kənd sakini, 2009-cu il təvəllüdlü Qasımov Əkbər Nizami oğlu kanalda çimərkən batıb.

Faktla bağlı araşdırma aparılır.