“Golden Beach”də faciə: Cəryan vurub öldürdü

Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib.

Hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsinin ərazisində yerləşən “Golden Beach” istirahət mərkəzində qeydə alınıb.

Orada fəhlə işləyən, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.