Bakıda məşhur hotellərin idarəçisi borca düşüb

Bakıda yerləşən bir sıra otellərin idarəçiliyini həyata keçirən “Dev Hospitality” MMC-nin vergi borcu yaranıb.

Valyuta.az-ın məlumatına əsasən, şirkətin Dövlət Vergi Xidmətinin Bakı üzrə Lokal Gəlirlər Baş İdarəsi qarşısında 6084.83 manat həcmində vergi borcu mövcuddur.

Rəsmi sənədlərdə qeyd olunur ki, “Dev Hospitality” MMC 2023-cü ildə dövlət qeydiyyatından keçib. Hüquqi şəxs kimi şirkətə Cəfərov Valeh Sabir oğlu rəhbərlik edir. Müəssisə hazırda “Premier Palace”, “NOBEL”, “Liberta Boutique” və “Midway” hotellərinin idarəsini həyata keçirir.