Şəmkirdə ağır qəza: Ölən və yaralananlar var

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Şiştəpə kəndi ərazisində qeydə alınıb.

Şəmkir şəhər sakini, 1992-ci il təvəllüdlü Anar Atakişizadə KIA markalı 10-UR-057 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər – Şiştəpə kənd sakinləri, 1993-cü il təvəllüdlü Orxan Atakişiyev, 1993-cü il təvəllüdlü Cəmil İbadullayev və 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. İ.Atakişiyev aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az