Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb

Məhkəmə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovla bağlı qərar verib.

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri – hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.

Sözügedən məsələ ilə bağlı saxlanılan şəxslər Cinayət Məcəlləsinin 192.2.2-ci (Külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 213.1-ci (Vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham olunurlar.