Azərbaycan millisi FIFA reytinqində gerilədi

Milli komandaların FIFA reytinqi açıqlanıb.

Azərbaycan yığması yeni siyahıda 122-ci pillədə qərarlaşıb.

Komandamızın hesabında 1 148 xal var. Fernandu Santuşun yetirmələri ötən siyahı ilə müqayisədə 3 pillə geriləyiblər. Yığmamız 2.64 xal itirib.

Buna iyunda keçirilən yoldaşlıq oyunları səbəb olub. Millimiz evdə Macarıstana 1:2 uduzub, səfərdə Latviya ilə qolsuz heç-heçə edib.

Qeyd edək ki, siyahıya Argentina başçılıq edir (1 885.36).