İmişlidə 23 yaşlı gənc bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Boşçalılar kəndində baş verib.

Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü İsmayılzadə Səbuhi Müşfiq oğlu bıçaq yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.