Moskvada 122 illik temperatur rekordu yenilənib

Rusiyanın paytaxtı Moskvada iyulun 12-nə olan temperatur rekordu qırılıb, hava 34,6 °C-ə qədər qızıb və bununla 1903-cü ildəki maksimumu geridə qoyulub.

Bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

“VDNX stansiyasında bu gün 122 illik rekord qırıldı. 1903-cü ildə temperatur 34,5 dərəcə idi, bu gün isə 34,6 dərəcə oldu. Bu, ekstremal temperaturun xarakterik xüsusiyyətidir”, – o vurğulayıb.

Direktor qeyd edib ki, yaxın günlərdə daha rekord temperatur proqnozlaşdırılmır, çünki temperaturun tədricən azalması başlayacaq.

//oxu.az