Ağdaşda kanalda batan respublika çempionunun meyiti tapıldı – Video

Yuxarı Şirvan suvarma kanalının Ağdaş rayonu Şəkili kəndindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.

Kənd sakini, 2008-ci il təvəllüdlü Dəniz Nəsib oğlu Süleymanlının meyiti batdığı istiqamətdə aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, kanalda batan yeniyetmə alpaqut idman növü üzrə respublika çempionu imiş.
//oxu.az