“Real Madrid” öz rekordunu yenilədi

İspaniyanın “Real Madrid” klubu futbol komandaları arasında bir mövsüm ərzində əldə edilən gəlir üzrə rekordunu yeniləyib.

Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

2024/25 mövsümündə oyunçu transferləri nəzərə alınmadan “Real Madrid”in gəliri 1 185 milyard avro təşkil edib.

Qeyd edək ki, ötən mövsümün sonunda “Real Madrid” gəlir baxımından bir milyard avro həddini keçən ilk klub olub.