Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasına rəhbər təyin edildi

Rustem Umerov Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib.

Bu barədə Volodimir Zelenski tərəfindən imzalanan fərmana istinadən prezidentin saytı məlumat yayıb.

Qeyd edək ki, Umerov daha əvvəl Ukraynanın müdafiə naziri olub.