Növbəti günlərdə leysan olacaq – XƏBƏRDARLIQ

İyulun 24-də gündüz saatlarında əsasən Azərbaycanın şimal və qərb rayonlarında, iyulun 25-i gündüzdən iyulun 26-sı axşamadək isə ölkənin əksər bölgələrində fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, ayrı-ayrı yerlərdə yağış qısamüddətli leysan xarakterli olacaq, şimşək çaxacaq və dolu düşmə ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.