Moskvada azərbaycanlı iş adamının ofisinə BASQIN EDİLDİ – FOTO

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus olan və neft məhsullarının daşınmasını həyata keçirən “Railgo” şirkətinin ofisində axtarışlar aparılıb.

Median.Az bu barədə Mash.ru-ya istinadən xəbər verir.

Qeyd olunur ki, şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə gələn xüsusi təyinatlılar və müstəntiqlər orada sənədləri müsadirə ediblər.

Hələlik hadisənin digər təfərrüatları məlum deyil.