Sabirabadda kanalda boğulan 20 yaşlı gəncin meyiti tapılıb

Sabirabadda kanalda boğulan gəncin meyiti sudan çıxarılıb.

Median.Az “Report”a istinadla xəbər verir ki, rayonun Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Səfərağa Elşən oğlu Musayevin meyiti dalğıc-xilasedicilər tərəfindən kanalda aşkarlanaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.