Bərdədə 61 yaşlı kişi faciəli şəkildə öldü

Bərdədə 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1964-cü il təvəllüdlü Feyruz Salahov öz evinin həyətindəki yarımtikiliyə işıq çəkərkən ehtiyatsızlıqdan elektrik naqilinə yapışıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az