Naxçıvan Ali Məclisi üçün yeni avtomobillər alınacaq – QİYMƏT

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən sərnişin nəqliyyat vasitələrinin alınması məqsədilə açıq müsabiqə elan olunub.

Müsabiqənin predmetinə 3 ədəd yeni, müasir texniki göstəricilərə malik minik avtomobilinin satın alınması daxildir.

Müsabiqənin ümumi dəyəri 264.000,00 AZN təşkil edir.