Paytaxtda təmir sexində güclü YANĞIN: Lüks avtomobil KÜLƏ DÖNDÜ – Video

Bakıda avtomobil təmiri sexində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 14 boksdan ibarət ümumi sahəsi 700 m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təmir sexinin 2 boksunun yanar konstruksiyaları 120 m² sahədə, içərisində təmirə dayanmış “LAND ROVER SPORT” markalı minik avtomobili, bitişik ümumi sahəsi 36 m² olan 2 ədəd dəmir konteynerlərə yığılmış avtomobil ehtiyat hissələri yanıb.

Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.

Həmin görüntüləri təqdim edirik: