Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, kollegiya üzvlərinin sayı 14 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
– Kollegiyanın sədri
– Agentliyin sədri
– Kollegiyanın üzvləri
– Agentlik sədrinin I müavini
– Agentlik sədrinin müavinləri
– Agentliyin aparat rəhbəri
– Agentliyin Maliyyə və təminat şöbəsinin müdiri
– Agentliyin Hüquq və insan resursları şöbəsinin müdiri
– Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi
– Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri
– İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri
– Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri
– Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin İdarə Heyətinin sədri
– Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun İdarə Heyətinin sədri.
