2,5 milyon manat vergi borcu olan şirkət kimindir?

“Terminal Consulting” şirkətinin xüsusilə külli miqdarda vergi borcu var.

Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 2 518 115,12 manat təşkil edir.
“Terminal Consulting” şirkəti 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Əlizadə Cəfər Yaşar oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.