Ermənistanda hərbi qulluqçu naməlum şəraitdə ölüb

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu qəflətən ölüb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Avqustun 11-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Vaqe Qriqoryeviç Zakaryan qəflətən vəfat edib”, – deyə açıqlamada deyilir.

Bildirilib ki, ölümün səbəbləri ekspertizaların nəticələrinə əsasən müəyyən ediləcək.b