Ukrayna məşhur rusiyalı müğənnini axtarışa verdi

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı müğənni və Dövlət Dumasının deputatı Denis Maydanovu axtarışa verib.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Maydanov 2022-ci ilin aprelindən Ukraynada axtarışa verilib. O, ölkənin ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiham olunur.

Rusiyalı müğənninin adı Ukraynanın ekstremist “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.