Qubada faciə: 52 yaşlı kişi yanıb öldü

Qubada 52 yaşlı kişi evində yanıb.

Hadisə rayonun Paşaoba kəndində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü Telman Mövlud oğlu Əhmədov avqustun 11-də yaşadığı evin mətbəxində baş vermiş yanğın nəticəsində aldığı yanıq xəsarətlərindən ölüb.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az