Metroda QR-kodla ödənişlərdə problem yaşanır

Bakı metropolitenində QR-kodla ödənişlərdə problem yaşanıb.

Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, hazırda QR-kod ödənişlərdə yaşanan problemə görə metronun “28 May” stansiyasının girişində sıxlıq müşahidə edilir.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.