Bakıda güclü YANĞIN – Məktəbin stadionu alovlandı (Video)

Bakının Xətai rayonunda obyektdə yanğın baş verib.

Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

Hadisənin 264 saylı orta məktəbin stadionunda baş verdiyi deyilir.

Əraziyə FHN-nin yanğınsöndürmə briqadaları cəlb olunub.