Qadın güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıb.

Yarışın beşinci günündə Ruzanna Məmmədova (62 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb.
O, finalda çinli Yanqjen Yanqjenə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olub.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc medal qazanıb.