Kuril adalarında GÜCLÜ ZƏLZƏLƏ

Kuril adaları sahillərində 6.2 maqnitudalı zəlzələ qeydə alınıb.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmik stansiyasının rəhbəri Yelena Semyonova bildirib.

“25 avqust saat 17:48-də (yerli vaxtla) Sakit okeanda 6.2 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Paramuşir adasındakı Şimali Kurilsk şəhərindən 320 kilometr cənub-şərqdə, ocağı isə 22 kilometr dərinlikdə yerləşib”, – deyə o qeyd edib.

Sunami təhlükəsi elan edilməyib.