“Bitcoin”in qiyməti iyulun əvvəlindən bəri ilk dəfə 110 min dollardan aşağı düşüb

“Bitcoin” kriptovalyutasının qiyməti 9 iyul 2025-ci ildən bəri ilk dəfə 110 min dollardan aşağı düşüb.

Median.Az bu barədə “Binance” platformasına istinadla xəbər verir.

Bakı vaxtı ilə saat 00:37-yə olan məlumata görə, “Bitcoin”in qiyməti 2,13% azalaraq 109 917 dollar təşkil edib.

Bakı vaxtı ilə saat 00:48-də isə qiymət enişini sürətləndirərək 109 713 dollar (-2,65%) səviyyəsinə çatıb.