Yaponiyada 5,6 bal gücündə zəlzələ olub

Sakit okeanda, Yaponiyanın Honsü adasının şərq sahillərində 5.6 manqitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Kesennuma şəhərindən (Miyaqi prefekturası) 215 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanların intensivliyinə əsasən, zəlzələ çox güclü qiymətləndirilir.