Rusiya ordusu Ukraynanın Sumı vilayətində 13 yaşayış məntəqəsini işğal edib

Rusiya ordusu hazırda Ukraynanın Luqansk vilayətinin 99,7 %-nə və Donetsk vilayətinin 79 %-nə nəzarət edir.

Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

Onun sözlərinə görə, Luqansk Xalq Respublikasının tam nəzarətə alınması üçün 60 kv. km-dən az ərazi qalıb.

V.Gerasimov əlavə edib ki, Ukraynanın daha iki bölgəsinin böyük hissəsi – Zaporojye vilayətinin 74 %-i və Xerson vilayətinin 76 %-i Rusiya qüvvələrinin nəzarəti altındadır.

Baş Qərargah rəisi, həmçinin bildirib ki, Rusiya ordusu Ukraynanın Sumı vilayətində 210 kv. km ərazini və 13 yaşayış məntəqəsini də nəzarətdə saxlayır.