Bakıda 8 istilik məntəqəsi müasir tipli qazanxanaya çevriləcək

“Azəristiliktəchizat” ASC-nin Bakıdakı İstilik Elektrik Mərkəzindən qidalanan mövcud 8 ədəd istilik məntəqəsinin müasir tipli qazanxanaya çevrilməsi ilə bağlı işlərə başlanılıb.

Bununla bağlı xarici elektrik təchizatının layihələndirilməsi işləri aparılacaq.

Həmin istilik məntəqələri paytaxtın Xətai rayonunda yerləşir.