Keçmiş vəkil Adəm Məmmədov həbsdən buraxılıb – FOTO

Xüsusi ittiham qaydasında məhkum edilmiş Adəm Məmmədov azadlığa buraxılıb.

Median.az-ın əldə etdiyi məlumata görə, onun 6 aylıq həbs cəzası bu gün başa çatıb.

A.Məmmədov bir az əvvəl 9 saylı cəzaçəkmə müəsissəsindən azadlığa çıxıb.

Qeyd edək ki, Adəm Məmmədov 6 aylıq azadlıqdan məhrum edilmişdi. Eyni cinayətlə bağlı keçmiş vəkilin qardaşı Xəyyam Məmmədov da cəzalandırılıb. Ona islah işləri cəzası verilib.

Orxan Rasifoğlu