Maskın “Neuralink” şirkəti gələn il görmə məhdudiyyətli xəstə üzərində əməliyyat planlaşdırır

Neyroçipləri implantasiya edən milyarder İlon Maskın “Neuralink” şirkəti 2026-cı ildə görmə qabiliyyətini itirən şəxsin üzərində əməliyyat keçirməyi planlaşdırır.

Bu barədə amerikalı milyarder və sahibkar İlon Mask “X” sosial şəbəkəsində yazıb.

İyul ayında “Bloomberg” xəbər vermişdi ki, “Neuralink” 2031-ci ilə qədər hər il 20 min xəstəyə neyroçiplər implantasiya etməyi planlaşdırır. Bu çiplər üç əsas istiqamətdə tətbiq olunacaq: görmə qabiliyyətini itirmiş insanların görmə qabiliyyətini artırmaq (Blindsight), neyrodejenerativ xəstəliklərin simptomlarını azaltmaq (məsələn, Parkinson xəstəliyi) və digər düşüncə cihazları ilə əlaqəli funksiyaları inkişaf etdirmək.