Fransada 16 yaşlı idmançı yarış vaxtı ölüb

Fransalı gənc velosipedçi Noa Sartis ölkənin şimal-qərbində keçirilən yarış zamanı vəfat edib.

Bu barədə “RMC Sport” məlumat yayıb.

16 yaşlı idmançının ölümünə ürəyinin dayanması səbəb olub.

Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, cəhdlər uğursuz alınıb.