“Formula-1” zamanı bəzi məktəblərdə tədris onlayn formada keçiriləcək

“Formula-1″ zamanı bəzi məktəblərdə tədris 1 həftə ərzində onlayn formada keçiriləcək”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.

Nazir bildirib ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi, Elitar gimnaziya və digər mərkəzə yaxın müəssisələrdə tədris 1 həftə distant formada təşkil ediləcək:

“Biz bu müəssisələrin siyahısını elan edəcəyik. Bu qərar bütün məktəblərlə bağlı deyil”.
//oxu.az