Mingəçevirdə 76 yaşlı kişi pilləkəndən yıxılıb öldü

Mingəçevirdə 76 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1949-cu il təvəllüdlü Tofiq Yusibov yaşadığı binanın blokunda pilləkəndən yıxılaraq xəsarət alıb.

O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.