Ağdamda maşın aşdı, yeniyetmə öldü

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, rayonun Səfərli kəndi ərazisində “VAZ-21015” markalı minik maşını idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində maşında olan sərnişin, 2011-ci il təvəllüdlü yeniyetmə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.