Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini artırır

2026-cı ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 714.8 milyon manat olması nəzərdə tutulur.

Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3.8% çoxdur.