İranda silahlı hücum – 3 polis öldürüldü

İranda silahlı insident baş verib.

Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Zahidan şəhərində polis avtomobilinə silahlı hücum olub.

İnsident nəticəsində 3 polis əməkdaşı həlak olub.

Hücumun kim və ya kimlər tərəfindən təşkil edildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.