Bu gün maqnit qasırğaları nə dərəcədə təsirli olacaq? – Alimlərdən proqnoz

Sentyabrın 17-də Yer kürəsində zəif maqnit qasırğalarının baş verməsi mümkündür.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mətbuat xidmətindən məlumat verilib.

“Günlük (sutkalıq) proqnoz: geomaqnit şərait – Günəş küləyinin yüksək sürətinin davam etməsi səbəbindən geomaqnit dalğalanmaların yüksək riskləri və zəif maqnit qasırğaları”, – deyə laboratoriyanın saytında bildirilib.

Eyni zamanda alimlər qeyd ediblər ki, gün ərzində partlayış aktivliyi yüksək olacaq və orta dərəcədə artma ehtimalı ola bilər. Geomaqnit dalğalanmaların riski də yüksəkdir.