Sabiq qərargah rəisi dünyasını dəyişdi

Azərbaycan Ordusunun 1993-cü ildə keçirdiyi uğursuz “Murovdağ qış əməliyyatı”nın iştirakçılarından biri, keçmiş 701 saylı briqadanın sabiq qərargah rəisi, ehtiyatda olan polkovnik-leytenant Eldar Həsənov vəfat edib.

Bu barədə onun yaxınları məlumat yayıblar.