Paşinyan Putinlə dialoqu açıq və səmimi adlandırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Vladimir Putinlə konstruktiv dialoq olduğunu bəyan edib.

Median.Az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Paşinyan Putinlə dialoqun açıq və dürüst keçdiyini qeyd edib.

“Biz bir çox problemlərin həllini tapdıq və tapacağıq”, – o vurğulayıb.

N.Paşinyanın sözlərinə görə, elə tərəfdaşlar var ki, Rusiyanın Ermənistana qarşı hibrid müharibə apardığını düşünürlər və tərəfdaşların müəyyən əsasları var:

“Təəssüf ki, bu məntiqi bir sıra Rusiya telekanalları və ya ayrı-ayrı spikerlər inkişaf etdirirlər”.