Naxçıvanda avtobus dərəyə aşdı: 15-dən çox yaralı var

Naxçıvanda avtobus qəzaya düşüb.

Median.Az “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15-dən çox sərnişin xəsarət alıb.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub.