Portuqaliya Fələstin dövlətini tanıdı

Portuqaliya rəsmən Fələstin dövlətçiliyini tanıyıb.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Paulu Ranjelin bəyanatında deyilir.

O, Portuqaliyanın ikidövlətli tənmzimlənmənin tərəfdarı olduğunu da bildirib.

Xatırladaq ki, sentyabrın 21-də Kanada, Böyük Britaniya və Avstraliya da analoji addımı atıblar.